Rusiya hüquq-mühafizə orqanları Dağıstanda törədilən terror aktında yaxınları iştirak etmiş Serqokalinski rayonunun keçmiş rəhbəri Maqomed Ömərovun həyat yoldaşını saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsinə məlumat yayıb.
"Məktəbəqədər təhsil müəssisəsinin müdirinə qarşı Rusiya CM-nin 3-cü hissəsi ilə iş başlanıb", deyə idarədən bildirilib.
Qeyd edək ki, terror aktı iyunun 23-də sinaqoq və kilsənin yaxınlığında törədilib. Terroru Maqomed Ömərovun oğulları və yaxınları törədib. Hadisə nəticəsində 16 nəfər yaralanıb.