Abxaziya və Cənubi Osetiyanın ilhaqını nəzərə alaraq, respublikanın ərazi bütövlüyünün dinc yolla bərpası tamamilə realdır.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlayıb.
"1988, 1989 və hətta 1990-cı illərdə heç kim Sovet İttifaqının dağılacağına inanmırdı, amma 1991-ci ilin sonunda dağıldı. Çox şey konkret proseslərdən asılı olacaq. Hesab edirəm ki, Gürcüstanın ərazi bütövlüyünün dinc yolla bərpası kifayət qədər realdır", - baş nazir qeyd edib.
Ağarza Elçinoğlu