Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu ucqar dağ kəndi olan Tuədo kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, icra başçısı ilə birgə səyyar görüşdə icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
Ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanlara məlumat verən T.Qaraşov bildirib ki, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan və ədalətli qaldırılan məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanıb və bununla bağlı vətəndaşlara qanunamüvafiq izahatlar verilib.
İcra başçısı dağ kəndlərinin əhalisinin sosial-iqtisadi problemlərinə daha həssas yanaşılması barədə cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin gündəlik fəaliyyət planı kimi daim diqqətdə saxlanıldığını, bu istiqamətdə bütün mümkün imkanların səfərbər olunduğunu vurğulayıb.
Görüş-qəbulda Tuədo və Köhnə Gəgir kəndlərinin sakinləri qaldırdıqları məsələlərə həssas və diqqətlə yanaşılmasına görə rayon rəhbərliyinə təşəkkür ediblər. Yelri insanlar ucqar dağ kəndlərinin əhalisinə xüsusi yanaşmaya, hər il qış aylarında dövlət hesabına oduncaqla təmin olunmalarına, habelə sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasından ötrü atılan addımlara görə ölkə başçısı cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıqlarını ifadə ediblər.