İsrail İranla ABŞ arasında birbaşa hərbi toqquşmada maraqlıdır, lakin Tehran buna imkan verməyəcək və özünü var gücü ilə müdafiə edəcək.
"Unikal" xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin baş müşaviri, general Hüseyn Daqiqi deyib.
"İran və ABŞ arasında müharibə sionist rejimin çoxdankı məqsədlərindən biridir, lakin hazırda İrana qarşı müharibə qəbuledilməzdir. Təhlükəsizlik İran üçün qırmızı xəttdir. Sionist rejim mütləq məhv ediləcək və İran qalib gələcək. Oktyabrın 1-də İsrailə raket hücumu onun "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemini sıradan çıxarıb", - deyə general qeyd edib.
O, İsrailə qarşı yeni hücumların daha dağıdıcı olacağını bildirib.
Ağarza Elçinoğlu