Litvada keçirilən parlament seçkilərinin birinci turunda müxalifətdə olan Sosial Demokrat Partiyası 19,36 faiz səs toplayaraq qalib gəlib.
"Unikal" xəbər verir ki, bu barədə "Delfi" portalı ölkənin Baş Seçki Komissiyasının (MSK) məlumatlarına istinadən məlumat yayıb.
İkinci yerdə “Vətən İttifaqı” partiyası – Litva Xristian Demokratları (17,96%), üçüncü yerdə “Zarya Nemana” (14,99%) qərarlaşıb.
“Litva adına” (9,24%), “Liberallar Hərəkatı” (7,70%) və “Litva Kəndlilər və Yaşıllar İttifaqı” (7,02%) partiyaları da parlamentə daxil olub.