"Pərakəndə satış qiymətlərini qaldırırıqsa, niyə topdansatışdan başlamırıq? İstəyiriksə keyfiyyətə təsir göstərək, pərakəndə satışın keyfiyyətlə nə əlaqəsi var? Bunu topdansatış müəssisələrində qaldırmaq lazımdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu gün keçirilən iclasında deputat Heydər Əsədov deyib.
O bildirib ki, alkoqollu içki istehsal edən müəssisələrin sayı elə də çox deyil: "Vaxtilə mən də onlara lisenziya vermişəm. Bilmək istərdim ki, nə üçün son mərhələdən, inzibati hissəsindən başlayırıq".
Qeyd edək ki, H.Əsədov 2013-2018-ci illərdə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
Anar Kəlbiyev