Oğuzun bir sıra yaşayış məntəqələrinə dolu yağıb.
"Unikal" xəbər verir ki, dolu əsasən kənd təsərrüfatına zərər vurub.
Qeyd olunub ki, 30 dəqiqə ərzində yağan aramsız dolu əsasən xurma və alma ağaclarına, eləcə də payızlıq əkinlərə ziyan vurub.
Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.