"18 yaşından sonra şəhid övladının hərbi xidmət zamanı, avtoqəzada və ehtiyatsızlıqdan əlilliyi müəyyən edildiyi halda, onlar şəhid ailəsi üzvlərinə aid edilən güzəşt və imtiyazlardan faydalana bilmirlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov deyib. O, araşdırmalarına əsasən deyib ki, bu kateqoriyaya məxsus olan şəxslərin sayı ölkə üzrə 15-20 nəfərdir:
"Təklifim ondan ibarətdir ki, şəhid övladlarının 18 yaşından sonra əlillikləri müəyyən edildiyi halda, onlar üçün də 18 yaşadək əlillikləri müəyyən edilmişlərdə olduğu kimi əvvəlki imtiyazları əlavə edə bilərik ", - deyə deputat bildirib.
Anar Kəlbiyev