"Biz ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları, cəfəng iddiaları, təhdid və tələbləri qətiyyətlə rədd edirik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Avropa parlamenti bu qətnaməsi ilə dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə meydan oxuyur:

"Avropa parlamenti Bakıda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirdən ölkəmizə qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə cəhd göstərir. Heç bir təzyiq və hədə-qorxu bizi yolumuzdan döndərə bilməz", - deyə spiker qeyd edib.

Anar Kəlbiyev