"Bu qanunu qəbul etsək, pis bir ənənənin başlanğıcını qoyacayıq. Bazar iqtisadiyyatı olan ölkələrdə dövlət qiyməti vergi və rüsumlar yolu tənzimləyir. Biz sabah da deyəcəyik ki, insan orqanizmi üçün vacib olan qidalar var ki, həmin qidalar üçün yuxarı hədd müəyyənləşdirək, sahibkar ondan baha qiymətə sata bilməsin. Bu yolverilməzdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.
"Qiymətin artırılması nə vaxtdan istehlakçıların hüquqlarını müdafiəsi kimi təqdim oluna bilər? Əgər qiymət qalxırsa, qiymətin artması bunu istehlak edənin maraqlarına cavab vermir. İçkinin saxta olması, onun keyfiyyətsiz olması demək deyil. Bu, kölgə iqtisadiyyatının bir sahəsi ola bilər. Bəlkə də digər qeydiyyatdan keçmiş zavodlarda istehsal edilən içkilərdən də kefiyyətli olar" - deyə deputat bildirib.
Anar Kəlbiyev