Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Stavropoldakı Krasnodar Universitetinin Stavropol filialında tələbələrin kütləvi zəhərlənməsi baş verib.

"Unikal" “İzvestiya”ya istinadən xəbər verir ki, kursantlar Stavropoldakı yoluxucu xəstəliklər xəstəxanasının təcili yardım şöbəsinə aparılıb.

Məlumata görə, 22 birinci kurs tələbəsində zəhərlənmə əlamətləri aşkarlanıb. Baş verənlərin bütün şəraiti aydınlaşdırılır.