ABŞ prezidenti Co Bayden Gürcüstanın demokratiyadan geri çəkilməsindən dərin narahatlığını ifadə edib və oktyabrın 26-da keçirilən səsvermədən sonra respublika hakimiyyətini “seçki bütövlüyünü” bərpa etmək üçün müxalifətlə dialoqa çağırıb.

"Unikal" xəbər verir ki, onun sözlərini Ağ Ev sitat gətirib. 

Beləliklə, Bayden Tbilisinin demokratiyadan geri çəkilməsindən "dərin narahatlığını" ifadə edib, onun fikrincə, bu, "fundamental azadlıqları məhdudlaşdıran və müstəqil vətəndaş cəmiyyəti təşkilatları üçün məkanı daraldan Rusiya qanunlarının güzgü obrazı olan qanunların qəbulu ilə bağlıdır".

Amerika dövlət başçısı Gürcüstan hökumətini bütün pozuntuları şəffaf şəkildə araşdırmağa və ifadə azadlığı hüquqlarını məhdudlaşdırdığı iddia edilən qanunları ləğv etməyə çağırıb.

Gülayə Mecid