“Yeni Klinikada helikopter xidməti var. Həmçinin Kliniki Tibbi Mərkəzin ərazisində helikopterin enməsi üçün yer mövcuddur”.

"Unikal" xəbər verir ki, bunu TƏBİB- in icraçı direktoru Vüqar Qurbanov COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkilinə dair keçirilən brifinqdə deyib.

O bildirib ki, əgər helikopterlə daşınacaq xəstə olarsa, TƏBİB, Azərbaycan Hava Yolları və Fövqəladə Hallar Nazirliyi paralel şəkildə işləyəcək. “Xəstənin son təyinat yerinə qədər çatdırılması xidmətini həyata keçirə biləcəyik”.