Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və quldurluq maddəsi ilə təqsirləndirilən şəxs Əsədov Rəhim İsmayıl oğlunun növbəti məhkəmə prosesi keçirilib. 

"Unikal"ın məlumatına görə, hakim ittiham aktını elan etmək üçün sözü dövlət ittihamçısı Vüsal Mehrəliyevə verib. İttiham aktı elan olunduqdan sonra ilk olaraq təqsirləndirilən şəxs Rəhim Əsədov sərbəst ifadə verib: "Rəşidlə İnstaqramda yazışıb tanış olduq. Borc pul almışdım, qaytardım, 2-ci dəfə yenə borc almağa getmişdim, dedi uşaqdan alıb verərik.  Dalaşdıq, söyüşlə danışmağa başladı, qeyrət söyüşü söydü: "Dedi sənin qeyrətini belə-belə edim". Sonra yıxdım ayağımın altına və evdən götürdüyüm bıçaqla hadisəni törətdim. Əsasən boğaz nahiyəsinə şah damarına vurdum. Telefonu izi itirmək niyyəti ilə götürmüşdüm, sonra qaytardım. Sumkasından 3 manat pul götürmüşdüm. Birinci dəfə idi Balaxanıda evinə gedirdim. Ondan qabaq 28-də görüşmüşdük. İşləyirdi deyə onda pul olurdu.

Rəşid mənə cinsi ehtirasını təmin etmək üçün təkliflər edib. Şəkillərinə baxdım, dedim belə intim şəkillər paylaşma. Dedi sən 1-ci şəxs deyilsən yazışıram. Ancaq onunla aramda intim münasibət olmayıb. Dedi pulu ancaq intim münasibətə görə verə bilərəm. Hakim Rəhim Əsədovun Rəşid İmanovla oral sekslə məşğul olması ilə bağlı ifadə verdiyini xatırlatdı və ifadəni elan etdi. Məlum oldu ki, Rəhim Rəşidlə 50 manat müqabilində oral sekslə məşğul olub. Bundan sonra 2-ci dəfə 100 manat müqabilində oral sekslə məşğul olmaq üçün Rəşidin evinə gedib. Orada Rəşid ona deyib ki, mənimlə pul söhbəti etmə, gəl mənimlə cinsi münasibətdə ol. Ancaq mən pulu verməsini dedim, o isə mənə qeyrət söyüşü söydü".

İfadə elan olduqdan sonra təqsirləndirilən şəxs ilkin ifadəsini təsdiq etdi. 

Məhkəmədə sonra zərərçəkmiş şəxsin hüquqi varisi Rüstəm İmanov ifadə verib: "Bu şəxsi əvvəllər tanımamışam. 14 iyunda cəza çəkdiyim müəssisədə rəis Elnur müəllim dedi səni cəzanın axırına kimi həbsdə saxlayacam. Orada dedilər səni cəzaçəkmə müəssisəsində vura bilərlər. Bu hadisə mənim cəzamın bitməsinə 9 gün qalmış baş verib. Mən tutulanda Rəşidin 5-6 yaşı var idi, mən nə hiss edə bilərdim. Dörd aydan bir arada yanıma gəlirdi. İki gün qabaq isə telefonla danışdım, çöldə dalaşmışdı, şikayət eləmişdi, dedim get şikayəti götür. Mən türmədən çıxandan 2 gün sonra onun bir qohumu 1000 manat pul gətirdi, dedi türmədən təzə çıxmısan. Ümumi bizə 2200 manat pul veriblər. Mən onu bağışlayıram, cavan uşaqdır".

Məhkəmə prosesi dekabrın 4-nə kimi təxirə salınıb.

Xatırladaq ki, 2024-cü il iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, faktla bağlı ilkin olaraq Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Seymur Əli