La Liqada oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. 

"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Ötən ayın ən yaxşısı "Barselona"dan Robert Levandovski seçilib. 

Qeyd edək ki, Robert Levandovski oktyabrda La Liqada 3 oyuna çıxaraq 7 qol vurub. 36 yaşlı polşalı hücumçu bu mövsüm "Barselona"nın heyətində 14 oyuna çıxaraq 17 qol vurub və 2 qolun ötürməsini edib.