2024-cü il Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı gündəliyinin irəliləməsi baxımından görünməmiş bir il olub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan açıqlayıb.
O xatırladıb ki, iyulda 2 mühüm qərar qəbul edilib: patentlərin liberallaşdırılması ilə bağlı dialoqa start veriləcək və Avropa sülh aləti vasitəsilə Ermənistana dəstək göstəriləcək: "Biz Ermənistan-Aİ tərəfdaşlığının yeni gündəliyinin layihəsini yekunlaşdırırıq. Biz artıq patentlərin liberallaşdırılması ilə bağlı danışıqlara başlamışıq. Bu günlərdə Avropa İttifaqı müvafiq danışıqlar proqramını hazırlamaq üçün İrəvana nümayəndə heyəti göndərir".
Hovhannisyan qeyd edib ki, həmçinin Aİ missiyasının fəaliyyəti davam edir: "Ermənistanın Avropa İttifaqının ümumi təhlükəsizlik və müdafiə siyasəti missiyalarında iştirakı məsələsi üzrə razılaşma yekunlaşmaq üzrədir. 2025-ci ildə Ermənistan-Avropa İttifaqı hərtərəfli genişləndirilmiş tərəfdaşlıq sazişində nəzərdə tutulan bütün nizamnamə orqanlarının, yəni ali orqan olan tərəfdaşlıq şurasının görüşləri planlaşdırılır".
Ağarza Elçinoğlu