Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının keçmiş rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev vəkil kimi fəaliyyətə başlayıb.
"Unikal" xəbər verir ki, Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin noyabrın 4-də keçirilən iclasında hüquq elmləri doktoru Nazim Əliyevin VK üzvlüyünə qəbul olunması məsələsinə baxılıb və müsbət qərar qəbul edilib.