Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsi "Trump Media & Technology Group"un səhmlərinin bahalaşmasına səbəb olub və bu, Trampın sərvətini təxminən 300 milyon dollar artırıb.
"Unikal" xəbər verir ki, bu barədə "Forbes" yazıb.
"Trump Media"nın da səhmləri təxminən 8% artaraq 37 dollardan bir qədər az olub. Trampın “Trump Media”dakı təxminən 57%-lik payının dəyəri – cəmi 114,75 milyon səhm – təxminən 290 milyon dollar artaraq 4,1 milyard dollara çatıb.