Ağdaşda dörd otaqlı ev külə döndü
"Unikal"ın məlumatına görə, yanğın hadisəsi rayonun Abad kəndində, kənd sakini 1952-ci il təvəllüdlü Cabbarova Məhbubə Qasım qızına məxsus fərdi yaşayış evində baş verib. Yanğın yerinə Agdaş Rayon Yanğından Mühafizə Hissəsinin yangınsöndürən texnikaları cəlb olunub.Yanğın zamanı ümumi sahəsi 120 kvadratmetr olan 4 otaqlı kursülü yaşayış evi icərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğının yaxınlıqdakı tikililərə kecməsinin qarşısı alınıb. Yanğın zamanı ev sahibi Cabbarova Məhbubə Qasım qızı yüngül xəsarət alıb.
Seymur Əli