Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Kür çayının Bankə qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Bildirilir ki, Kürdə batan şəxs 32 yaşlı qadındır. Onun intihar məqsədilə özünü çaya atdığı deyilir.