Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” bu gün Almaniya 2-ci Bundesliqasında növbəti oyuna çıxacaq.

"Unikal" xəbər verir ki, komanda öz meydanında “Kayzerslautern”i qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Hazırda “Nürnberq” 11 turdan sonra 17 xalla 6-cı, "Kayzerslautern" isə 16 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Mahir Emreli Bundesliqada 4 oyunda 3 qol vurub.