Xi'an Jiaotong Universitetinin Tibb Elmi Mərkəzinin alimləri aşkar ediblər ki, hazır qəhvə içmək vərdişi qocalmanı sürətləndirir.

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "PubMed" portalında dərc olunub.

Tədqiqat zamanı alimlər 468 mindən çox insanın yemək vərdişləri və telomer uzunluğu haqqında məlumatları təhlil ediblər. Daha dəqiq təhlil üçün həm müşahidə metodlarından, həm də Mendel randomizəsindən istifadə edilib ki, bu da səbəb-nəticə əlaqələrini müəyyən etməyə imkan verir. Araşdırmaya görə, hər əlavə qəhvə fincanı ilə telomer uzunluğu azalır ki, bu da təxminən 0,12 il bioloji yaş itkisinə uyğun gəlir. 

Hazır qəhvəyə xüsusi diqqət yetirilib. Statistik təhlillər göstərir ki, hər fincan hazır qəhvə ilə telomer uzunluğu təxminən 0,38 il ərzində baş verən təbii qocalma prosesinə bənzər şəkildə qısalır. Bu, qəhvənin ömrünü birbaşa qısaltması demək olmasa da, tədqiqatçılar hazır qəhvənin müntəzəm istehlakının qocalmanın bioloji proseslərini sürətləndirə biləcəyini irəli sürürlər.

Gülayə Mecid