Ukrayna prezidenti Volodimir Zelenski 2025-ci ildə Rusiya ilə münaqişəyə son qoymaq istədiyini bəyan edib.
"Unikal" xəbər verir ki, o, bu barədə Ukrayna radiosuna müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, Ukrayna “müharibənin gələn il bitməsini təmin etmək üçün hər şeyi etməlidir”. O, bu nəticəni “diplomatik vasitələrlə” əldə etməyi təklif edir.
Gülayə Mecid