Tanzaniyada 4 mərtəbəli bina uçub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 84 nəfər yaralanıb.

Binanın çökdüyü Kariakoo bölgəsində axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Dağıntılar altında qalanların dəqiq sayının məlum olmadığı, ordu da daxil olmaqla təcili yardım qruplarının sağ qalanların yerini müəyyən etməyə çalışdığı qeyd olunub.

Zərifə Nağıyeva