Bu gün yerli vaxtla 08:30-da İranın cənubunda yerləşən Dəştestan rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir kİ, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.