Oğuzda baş verən yanğında bir nəfər yanıq xəsarəti alıb. 

"Unikal" xəbər verir ki, ötən gün Oğuz rayon Bayan kənd ərazisində 1980-cı il təvəllüdlü Rəsulova Gülnarə Əliheydər qızına məxsus  yaşayış  evində yanğın  baş verb. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı  ümumi sahəsi 63 k/m olan fərdi yaşayış  evi  əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın zamanı bir nəfər 2001 ci il təvəllüdlü Hüseyinzadə Nərmin Şaiq qızı ikinci dərəcəli bədən termiki  yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Seymur Əli