Göygöldə 44 yaşlı qadını avtomobil vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Rəqsanə Səfərovanı vurub. Qadın xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov