Qərbin müdaxiləsinin “bombaları” hər yerə, o cümlədən Cənubi Qafqaza yağır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada “Rusiya-Ermənistan” 2-ci ictimai forumundan sonra jurnalistlərə bildirib.
Qaluzinin sözlərinə görə, Rusiya tərəfi həmişə suveren dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərinə qarşı qətiyyətlə olub və belə də qalır.
O, qeyd edib ki, Cənubi Qafqazın bütün ölkələri diqqətli olmalıdırlar: "Biz birgə tədbirlər görməliyik ki, regionun problemləri Qafqaz dövlətlərinin özləri və ən yaxın qonşuları tərəfindən həll edilsin".
Ağarza Elçinoğlu