Biləsuvar rayonunda yol qəzasında xəsarət alan qadın paytaxt xəstəxanalarından birinə təxliyyə edilib.
"Unikal"ın məlumatına görə, qəzada ağır xəsarət alan Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Təhminə Ələcova müalicəsini davam etdirmək üçün Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb.
Qeyd edək ki, bu gün səhər saatlarında Naxçıvandan Bakıya gedən avtobus Biləsuvar rayonu ərazisində betonqarşdıran "Kamaz"la toqquşub. Qəza nəticəsində yük maşınının çəni yaxındakı minik avtomobilinin üzərinə aşıb.
Ağır xəsarət alan T. Ələcova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
***12:00
Biləsuvarda baş verən yol qəzası ilə bağlı TƏBİB açıqlama verib.
"Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:00 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sol mil-bilək nahiyəsinin, sol saidin aşağı nahiyəsinin travması diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
***
Biləsuvarda yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, o, Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Ələcova Təhminədir. Ağır xəsarət alan qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***10:52
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Naxçıvadan gələn avtobusla "Kamaz" toqquşub. İlkin məlumata görə, yaralılar var.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev