Xəbər verdiyimiz kimi, ötən gün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verib.
"Unikal"ın məlumatına görə, uçqun zamanı ölən 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlu bu gün Biləsuvarın Ağalıkənd kəndində dəfn olunub.
Məlumata görə mərhum evli imiş və tikintidə çalışırmış.
Qeyd edək ki, uçqun nəticəsində həmçinin 2 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəlil Əliyev