Qadın futbolçulardan ibarət Azərbaycan millisi Rusiya yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

"Unikal" xəbər verir ki,  Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə səfərdə üz-üzə gəlib.

“Soçi” klubunun məşq bazasında baş tutan qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, noyabrın 28-də təşkil olunan ilk oyunda da Rusiya millisi eyni hesabla qələbə qazanmışdı.