Ermənistan parlamenti ilə Rusiya Federasiyası Federal Məclisi arasında parlamentlərarası əməkdaşlıq komissiyasının 38-ci iclası Dilicanda keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənstanın “Joqovurd” qəzeti yazıb.
Məlumata görə, Dilicanda keçirilən parlamentlərarası komissiyanın iclasında Rusiya Dövlət Dumasının bir sıra deputatlarının iştirakı nəzərdə tutulsa da, rusiyalı deputatlar Ermənistana getməkdən imtina ediblər. İmtina Ermənistanın ratifikasiya etdiyi Roma Statusu ilə izah edilib.
"Rusiya Dövlət Dumasının deputatları Ermənistana səfərlərinin hətta həbs şəklində gözlənilməz nəticəsi ola biləcəyindən ehtiyat edirlər.Rusiyalı həmkarlar çatdırıblar ki, nə erməni, nə də Rusiya tərəfi rus deputatlara Roma Nizamnaməsinin tələblərinin onların işinə şamil olunmayacağına və Dövlət Dumasının deputatlarının həbs olunmayacaqlarına dair təminat verməyib", - yazıda qeyd olunub.
Ağarza Elçinoğlu