Fransa prezidenti Emmanuel Makron baş nazir Mişel Barnierin hökuməti istefaya göndərmək tələbini qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

“Bu gün Baş nazir hökumətinin istefası ilə bağlı Respublika Prezidentinə müraciət edib və o, qəbul edib”, - deyə qısa məlumatda deyilir.

Qeyd olunur ki, Barnierin özü və Nazirlər Kabinetinin digər üzvləri “yeni hökumət təyin olunana qədər cari işləri davam etdirəcəklər”.

*** 18:29

Fransanın baş naziri Mişel Barnier istefasını prezident Emmanuel Makrona təqdim etmək üçün Yelisey sarayına gedib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qeyd edək ki, ötən gün parlament 2025-ci il dövlət büdcəsinin sosial bölmələrini parlamentin təsdiqi olmadan qəbul etdiyinə görə Barnier hökumətinə etimad göstərməməsindən sonra hökumət başçısı istefaya gedir. 331 deputat etimadsızlığın lehinə səs verib.

Sentyabrın 5-də baş nazir təyin edilən 73 yaşlı Barnierin hökuməti ölkə tarixində ən qısa hökumət oldu. 

Ağarza Elçinoğlu