"Rusiya heç kimə hücum etmək istəmir, Ukrayna rejiminin əli ilə Rusiya Federasiyasına hücum edən ABŞ olub".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Nazirlər Şurasının iclasında deyib.
"ABŞ Ukrayna rejiminin əli ilə bizə hücum edib: onlar Ukrayna neonasistlərinin qüvvələri ilə bizə qarşı müharibə aparır, onları silahlandırır, ərazimizi uzaqmənzilli silahlarla atəşə tutmağa kömək edir, hazırlıqda birbaşa iştirak edir. Bu, bizim seçimimiz deyil", - Lavrov bildirib.
Nazirin sözlərinə görə, ABŞ Ukraynanı Rusiyaya təhlükə yaratmaq üçün tramplinə çevirib.
Gülayə Mecid