İsrail hərbçiləri Suriyadakı vəziyyəti diqqətlə izləyir və Suriya istiqamətində potensial təhlükələrin qarşısını almaq üçün hücum da daxil olmaqla istənilən addımı atmağa hazırdır.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.
"İsrail Müdafiə Qüvvələri hadisələri izləyir və bütün ssenarilərə - həm müdafiə, həm də hücuma hazırdır. İsrail Müdafiə Qüvvələri Suriya-İsrail sərhədi yaxınlığında təhlükəyə dözməyəcək və İsrail dövlətinin vətəndaşlarına qarşı hər hansı təhlükənin qarşısını almaq üçün hərəkətə keçəcək”, - məlumatda qeyd edilir.