“Ailə və uşaq arasında münasibətləri tənzimləmək üçün sosial pedaqoqlara çox böyük ehtiyac var”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Mehriban Vəliyeva deyib.
“Burda qeyd olundu ki, komissiyanın tərkibində məsul katib və uşaq və ailələrlə iş üzrə psixoloq ştatı yaradılacaq. Təklif edirəm ki, sosial pedaqoqlar barədə düşünək. Beynəlxalq təcrübədə də diqqəti cəlb edən məsələdir. Psixoloqlar adətən uşaqların psixoloji vəziyyəti ilə bağlı məsələləri tənzimləyir, reabilitasiya işləri ilə məşğul olur. Amma ailə və qurum, ailə və uşaq arasındakı münasibətləri tənzimləyən sosial pedaqoqlara çox böyük ehtiyac var. Bu ştatlar istər Sosial Xidmətlər Agentliyində, istərsə də Uşaq Müdafiəsi İdarəsində artıq yaradılıb. Yəni, bu ştatları da proseslərə cəlb etmək məqsədəmüvafiq olar”, - deyə M.Vəliyeva bildirib.
Anar Kəlbiyev