"Ukrayna lideri Volodimir Zelenski dövlət başçısı olmamalıdır, onun vaxtı keçib".
"Unikal" xəbər verir ki, bu barədə "Pink Floyd" musiqi qrupunun yaradıcısı Rocer Uoters bildirib.
"Zelenski artıq prezident olmamalıdır. Yaxşı olardı ki, Ukrayna xalqına ölkə üçün öz gələcəklərini demokratik yolla seçmək imkanı verilsin", - deyə Uoters bildirib.
Uoters, həmçinin, bildirib ki, Zelenski son iki ildə Ukraynanı dağıdan ABŞ-nin oyuncağı olaraq qalır.