Silahlı müxalifət Suriyada tam nəzarəti ələ keçirdikdən sonra Bəşər Əsəd ölkəni tərk edib, lakin onun hara getdiyi hələlik məlum deyil.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, müxalifət Əsədin başına mükafat qoyub və onu ələ keçirməyə kömək edənlərə 10 milyon dollar mükafat verəcək.

Qeyd edək ki, Prezident Bəşər Əsəd Dəməşqi tərk edib. Onunla bağlı hazırda iki iddia səsləndirilir: "Röyters" Əsədin təyyarə qəzasında həlak olduğuun, digər media orqanları isə BƏƏ-yə qaçdığını iddia edir.