Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, hərracda tələb 70 milyon dollar təşkil edib və tam təmin olunub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.