Türkiyə Suriyanın şimalında PKK terror təşkilatının mövcudluğuna son qoyması üçün ABŞ-yə xəbərdarlıq edəcək.
"Unikal" xəbər verir ki, bu barədə "CNN Türk" nəşri məlumat dərc edib.
KİV yazır ki, əks halda Ankaranın özü bölgəni terrorçulardan təmizləmək üçün tədbirlər görəcək.
Nəşrin məlumatına görə, Türkiyə tərəfinin bu mesajı Ankarada respublikanın xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında dekabrın 13-nə planlaşdırılan danışıqlarda açıqlanacaq.
Xüsusilə, Türkiyə tərəfi Vaşinqtonun Suriya ilə bağlı öhdəliklərini yerinə yetirməməsinə və PKK və onun Suriya qolu olan Xalq Müdafiə Qüvvələrinə (SDQ) dəstəyi dayandırmağın vacibliyinə diqqət çəkəcək.
“Türkiyənin Suriyanın şimalı ilə bağlı əsas məqsədi əvvəlcə sərhəddə 30-40 km dərinlikdə təhlükəsizliyi təmin etmək olub. Bu məsələ ilə bağlı ABŞ və Türkiyə arasında razılaşma olub, öhdəliklər götürülüb, amma yerinə yetirilməyib”, - kanal qeyd edir.
Gülayə Mecid