Dekabrın 12-də Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
"Unikal" xəbər verir ki, BMU-nun əməkdaşları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.