Suriya silahlı müxalifətinin lideri, Əbu Məhəmməd Kolani  Dəməşqin Seyidnaya qəsəbəsindəki ən böyük həbsxananın ərazisində muzey yaratmaq planlarını açıqlayıb.

"Unikal" xarici KİV-ə istindən xəbər verir ki, “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşmasını lideri Əbu Məhəmmədin sözlərinə görə, məhbuslara işgəncə verilməsində əli olan hər kəs cəzalandırılmalıdır.

Silahlı müxalifət Dəməşqdə hakimiyyəti ələ keçirəndən bəri ölkə boyu minlərlə insan müxtəlif həbsxanalardan azad edilib. HTŞ lideri bildirir ki, bir çox məhbus qanuni əsas olmadan orada olub və işgəncənin qurbanı olub.

Ölkə paytaxtının şimal-şərqində yerləşən Seyidnaya Suriyanın ən məşhur və ən böyük həbsxanalarından biridir.