İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada Bəşər Əsəd rejiminin süqutu ilə bağlı İran xalqına müraciət edib.

"Unikal" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

O, Tehranın İran xalqının milyardlarla dollar pulunu Suriyada havaya sovurduğunu deyib.

"Sizin hökumət rəsmiləri Əsədi dəstəkləmək üçün 30 milyard dollar xərcləyiblər, ancaq cəmi 11 günlük müharibədən sonra hökumət devrildi", - deyə o əlavə edib.

Netahyahu qeyd edib ki, İran xalqına zülm edən İslam Respublikasının rəsmiləri Livanda "Hizbullah"a, Qəzzada isə HƏMAS-a maddi dəstək veriblər.

"Bilirəm ki, siz də bizimlə sülh istəyirsiniz, necə ki, biz də sizinlə sülh istəyirik; Bir gün İran azad olacaq; Mən əminəm ki, biz birlikdə gələcəkdə bu sülhə nail olacağıq - insanların düşündüyündən daha tez", - deyə o, çıxışında bildirib.