"Mançester Siti" özbək futbolçu Abdukodir Xusanovun transferini bitirmək üzrədir.
"Unikal" xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Şəhərlilər"in "Lans"da çıxış edən 20 yaşlı futbolçuya 30 milyon funt sterlinq ödəyəcəklər. Potensillı futbolçu ilə "Real", "Nyukasl", "Tottenhem" kimi klublar maraqlansa da, o, "Mançester Siti"yə keçməyə qərar verib.
Qeyd edək ki, Xusanov 2024/2025 mövsümündə "Lans"ın heyətində 16 oyunda 1 ötürmə ilə yadda qalıb.