Çində meymunçiçəyi virusunun yeni ştamının epidemiyası qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi açıqlayıb.
"Bu yaxınlarda Çində meymunçiçəyi virusunun klaster epidemiyası aşkar edilib. İnfeksiyanın mənbəyi Konqo Demokratik Respublikasına səfər etmiş və orada yaşamış əcnəbi vətəndaş olub", - mərkəzin rəsmi saytında deyilir.
Epidemiya aşkar edildikdən sonra Çin və onun Zhejiang, Guangdong, Pekin və Tianjin şəhərləri kimi ayrı-ayrı bölgələri dərhal epidemioloji araşdırma, risk qiymətləndirməsi, diaqnoz və müalicəni həyata keçirmək üçün birgə profilaktika və nəzarət mexanizmini işə salıb.
Ağarza Elçinoğlu