Gəncədə orta yaşlı kişi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini orta yaşlı kişi bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov