Hacıqabul rayonunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, Bakı-Qazax yolunda hərəkət edən “Mercedes” markalı minik avtomobilinin sürücüsü Ağdam rayon sakini, Adil Kərəm oğlu Babayevi vurub. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

*** 22:40

Hacıqabul rayonunda minik avtomobilinin piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.