Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Faxralı kəndində baş verib. Belə ki, kənd sakinləri olan bir ailənin 4 üzvü zəhərlənmə ilə bağlı xəxəstəxanaya yerəşdiriliblər, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Zəhərlənən şəxslər 1983-cü il təvəllüdlü Ş.Əsgərov, 1987-ci il təvəllüdlü H.Qocayeva, 2014-cü il təvəllüdlü Ç.Əsgərov və 2016-cı il təvəllüdlü Ə.Əsgərovdur. İlkin məlumata görə, onlar yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov