Dövlət Antikorrupsiya Agentliyinin müstəntiqləri Cənubi Koreya prezidenti Yoon Seok-Yeolu Seulda qiyam ittihamı ilə həbs ediblər.
"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi yazır.
Nəşr qeyd edir ki, “Dövlət antikorrupsiya agentliyi prezident Yoonu həbs edib”. Məlumata görə, bu, vəzifədə olan prezidentin istintaq orqanı tərəfindən həbs edilməsi ölkənin tarixində görünməmiş bir haldır.
Bildirilir ki, bundan əvvəl təhlükəsizlik qüvvələri Yoon Seok Yeolu həbs etmək üçün Seuldakı prezident iqamətgahının ərazisinə daxil olublar. Eyni zamanda, Yoon Seok Yeolun vəkilləri onun könüllü olaraq görünməsi ilə bağlı müstəntiqlərlə danışıqlar aparıblar.
Müstəntiqlər Cənubi Koreya prezidentini həbs etmək üçün ilk cəhdini yanvarın 3-də ediblər. Bunun fonunda dövlət başçısını həbs etməyə gələn hərbçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib. Həmin gün təhlükəsizlik məqsədilə həbs qərarının icrasının dayandırılması qərara alınıb.
Dekabrın 31-də Cənubi Koreyada Məhkəmə fəaliyyəti dayandırılmış prezident Yoon Seok Yeolun həbsinə order verib. Müstəntiqlər Yoon Seok Yeolun hərbi vəziyyət işi ilə bağlı üç dəfə dindirilməyə gəlməməsindən sonra order üçün müraciət ediblər.
Gülayə Mecid