"Portağal qabığı həzmi yaxşılaşdırmaqla yanaşı, bağırsaqda faydalı bakteriyaların çoxalmasına da kömək edir".
"Unikal" xəbər verir ki, bu barədə nigeriyalı tədqiqatçılar araşdırma aparıblar.
Mütəxəssislər qeyd edirlər ki, portağal qabığında çoxlu polifenollar - hüceyrə fəaliyyətini dəstəkləyə və onları oksidləşmədən qoruya bilən bitki mənşəli bioloji aktiv birləşmələr var.
Portağal qabığı həmçinin liflə, xüsusən də lifin həll olunan forması olan pektinlə zəngindir.